Xələf Xələfov Nazirlər Kabineti (NK) Aparatının rəhbəri vəzifəsinə təyin edilib.
Banker.az-ın məlumatına görə, Baş nazir Novruz Məmmədov bununla bağlı sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
1997-ci ildən xarici işlər nazirinin müavini vəzifəsini tutan Xələfov dünən yayılan məlumata görə artıq Prezidentin sərəncamı ilə Nazirlikdəki [XİN] vəzifəsindən çıxarılıb.
O, həmçinin Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupda Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi idi.