Bank—əsas fəaliyyəti pul vəsaitlərinin cəlb edilməsi və yerləşdirilməsindən, habelə hesablamalar aparmaqdan ibarət olan təşkilatdır. İqtisadi baxımdan, banklar pul vəsaitinə ehtiyacı olan insanlarla, sərbəst maliyyə vəsaitinə malik olanlar arasında vasitəçi kimi çıxış edirlər.
Bu gün Azərbaycanda, dünyanın bir çox ölkəsində olduğu kimi, iki səviyyəli bank sistemi fəaliyyət göstərir. Birinci səviyyə, kredit təşkilatları arasında hesablaşmalar aparan və onların fəaliyyətini tənzimləyən Mərkəzi Bank ilə təmsil olunur.
İkinci səviyyə isə təşkilat və fiziki şəxslərə maliyyə xidmətlərini göstərən kommersiya banklarından ibarətdir.
Banklar, onların yerinə yetirdiyi funksiyalar, mülkiyyət növü, təşkilati-hüquqi forması, əməliyyat növləri və miqyasına görə təsrif olunur.
Ticarət banklarının əsas gəlir mənbələri:
- Pul vəsaitlərinin cəlb edilməsi və yerləşdirilməsi xərcləri arasındakı faiz fərqi.
- Hesabatların aparılması, sənədli əməliyyatlar və s. görə bankın aldığı komissiyalar.
- Kredit təşkilatlarının əlavə gəlirləri isə cərimələr hesabına formalaşır.
Bankların ən geniş yayılmış məhsullarından fiziki və hüquqi şəxslərə hesablaşma-kassa xidmətinin göstərilməsi, əmanətlər və depozitlər, ipoteka kreditləri, avtomobil kreditləri, istehlak kreditləri, bank kartları və s. misal göstərmək olar.
Bundan başqa, banklar pul bazarında iştirak edirlər, xüsusilə valyuta bazarını və banklararası bazarı, eləcə də kapital bazarı (fond bazarı) vurğulamaq olar.
Bankçılıq hələ qədim Babilistan dövründə meydana gəlmişdir. Kredit təşkilatlarının müasir variantı XVII əsrdə Avropada yaranıb.