Eksperiment Florida ştatının Universitetindən olan psixoloq Roy Baumeyster tərəfindən keçirilmişdi.
Eksperimentin başlanğıcında böyük qrup tələbələr zehni fəaliyyət ilə məşğul olmuşdur – onlar ekranın aşağı hissəsində çıxan sözlərə fikir vermədən video rolik izlədilmişdilər. (Aşkar olan stimullara fikir verməmək üçün şüurlu səylər göstərmək lazımdır). Daha sonra tələbələrə limonad təklif olunmuşdu. Tələbələrin bir qisminə tərkibinə təbii şəkər əlavə edilmiş limonad, digərlərinə isə şəkər əvəzedicisi ilə hazırlanmış limonad verildi. Bir müddət gözlədikdən sonra (təxminən 15 dəqiqə), Baumeyster mənzil alışı ilə bağlı tələbələrin qərar verməsini tələb etdi.
Məlum oldu ki, tərkibinə şəkər əvəzedicisi qatılmış limonadı içən tələbələr, daha çox öz şüuruna deyil, instinktlərinə güvənərək yeni yaşayış yerini seçiblər. Baumeysterə görə, bunun səbəbi ondan ibarətdir ki, bu tələbələrin hər hansısa rasional qərar vermək üçün enerjisi artıq qalmamışdı. Onların, beyin gücünü bərpa edəcək şəkərə ehtiyacları olduğu zaman, onun əvəzində şəkər əvəzedicisi qəbul etdilər.
Eyni zamanda bu təcrübə sübut edə bildi ki, insan ac olduqda və ya yorulan zaman, beyin yaranmış neqativ emosiyalara qalib gələ bilmir və nəticədə biz hər bir şeyə qıcıqlanmağa başlayırıq. Hal-əhvalın pis olması, beynin yorğun olmasının nəticəsidir.
Con Lererin “Biz necə qərarlar veririk” kitabından bir parça.
Con Leror (Jonah Lehrer), Kolumbiya Universitetinin nevrologiya üzrə magistrıdır, The New Yorker u Wired jurnalının daimi müəlliflərindən biridir.