15 C
Baku
Friday, October 18, 2024

Bakıya AVRO-6 standartlı yeni avtobuslar gətirildi

Bakıya AVRO-6 standartlı yeni avtobuslar gətirilib.

Yeni avtobusların gətirilməsi “Xaliq Faiqoğlu” MMC-nin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığı çərçivəsində baş tutub. Banker.az bildirir ki, bu barədə MMC-nin ictimayyətə açıqladığı məlumatda deyilir.

Belə ki, alınması nəzərdə tutulan 70 avtobusun ilk hissəsi Bakıya gətirilib.

Türkiyənin “Anadolu İsuzu” şirkətinə sifariş edilmiş “İsuzu Citiport” markalı avtobuslar Avropanın ən komfortlu və erqonomik avtobusu hesab edilir. 2019-cu ilin modeli olan 12 metrlik (üçqapılı) bu nəqliyyat vasitələri Avro 6 emissiyalıdır. Avtobuslar sərnişinlərin rahatlığı üçün bütün zəruri şərait, o cümlədən USB portlar, fiziki məhdudiyyətli insanlar üçün pandus və isitmə-soyutma sistemləri ilə təchiz olunub.

Qeyd edək ki, nəqliyyat vasitələri bütün ekoloji standartlara cavab verir.

Avtobusların qalan hissəsi 2019-cu ilin ilk aylarında hissə-hissə Bakıya gətiriləcək

Son xəbərlər
Digər xəbərlər