Azərbaycanda daha bir yerli bank səhm bazarına girir

Bakı Fond Birjasının (BFB) Üzvlük Komissiyasının qərarlı ilə “BTB Kapital İnvestisiya şirkəti” ASC üzvlüyə qəbul edilib.

Banker.az bildirir ki, bu barədə Birjadan xəbər verilir.

“BTB Kapital İnvestisiya şirkəti” ASC Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 12 oktyabr 2018-ci il tarixində verilmiş investisiya şirkəti fəaliyyəti üçün müddətsiz lisenziyaya malikdir.

Hazırda BFB-nin “BTB Kapital İnvestisiya şirkəti” ASC də daxil olmaqla 7 aktiv üzvü var.

Bura “AzFinance İnvestisiya Şirkəti”, “Kapital Menecment İnvestisiya Şirkəti”, “Unicapital İnvestisiya Şirkəti”, “İnvest-Az İnvestisiya Şirkəti”, “Paşa Kapital İnvestisiya Şirkəti” və “PSG-Kapital İnvestisiya Şirkəti”ləri daxildir.

Son xəbərlər
Digər xəbərlər