Bakıda sürət həddi endirildi

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar avtomagistrallarda sürət həddi aşağı endirilib.

Banker.az xəbər verir ki, Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi-Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş olunur.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər