7 C
Baku
Thursday, December 12, 2024

Berlin məscidinin imamı terrorizmin maliyyələşdirilməsində günahlandırılıb

Almaniya polisləri Berlin şəhərinin bir neçə obyektində axtarışlar həyata keçirib, onlar sırasına məscid də daxil olmuşdur. Belə bir hadisənin baş vermə səbəbi isə məscid imamının terrorizmi maliyyələşdirməsində günahlandırılması olub.

Banker.az xəbər verir ki, bu haqda şəhərin baş prokurorluğu Twitter sosial şəbəkəsində xəbər verir.

“Berlin polisləri Vedding rayonundakı As-Sahab məscidi də daxil olmaqla, şəhərin bir çox məntəqəsində axtarış həyata keçirib”,-mesajda deyilib.

City News-un verdiyi məlumata görə, məscidin imamı olan və Abul Baraa kimi tanınmış 45 yaşlı Əhməd A., terrorun maliyyələşdirilməsində günahlandırılıb.

Araşdırmalara görə, onun Suriyaya terrorçuların silahlanması məqsədi ilə pul göndərməsi ehtimal edilir. Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, hələ ki heç kim tutulmayıb. Hal-hazırda mümkün dəlilləri müəyyənləşdirmək üçün istintaq çərçivəsində axtarışlar həyata keçirilir.

 

Son xəbərlər
Digər xəbərlər