DəmirBank 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “8 fərqli gün” adlı güzəştli kredit aksiyasına başlayır. Aksiya 14 mart 2014-cü il tarixinədək davam edəcək.
Aksiyanın şərtlərinə görə istehlak və ya biznes kreditləri üzrə DəmirBank-a müraciət edən xanım müştərilər üçün komissiya haqları 0,8%-dək azaldılıb. Kreditin maksimal məbləği 8000 AZN təşkil edir.
Müştəri aksiya çərçivəsində yalnız bir kredit məhsulundan yararlana bilər. Qeyd edək ki, aksiya ipoteka və avtomobil kreditlərinə şamil edilmir.