Bu ailələrin hər birinə 100 manat bayrampulu veriləcək – SƏRƏNCAM

Prezident İlham Əliyev “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” sərəncam imzalayıb.

Banker.az xəbər verir ki, Sərəncama əsasən, 2018-ci il 28 dekabr tarixinəünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödəniləcək.

Eləcə dı oxu – 75% vergi güzəşti tətbiq ediləcək sahibkarların kriteriyası müəyyən edildi

Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin etməlidir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər