15 C
Baku
Saturday, May 4, 2024

“AtaSığorta”ya verilmiş bu lisenziyanın qüvvəsi dayandırılıb – Palata səbəbi açıqladı

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılmışdır.

Bu barədə məlumat Banker.az-a Palatadan verilib.

“AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinin məcmu kapitalının tələb olunan kapitalından az olması ilə əlaqədar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 106.1.8-ci  maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən, Palatanın İdarə Heyətinin 17 dekabr 2018-ci il tarixli qərarı ilə “AtaSığorta” Açıq Səhmdar Cəmiyyətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 5 ay müddətinə dayandırılmışdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər