Bu ilin oktyabr ayında Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 5,59 bənd təşkil edib.
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən, manatın dövretmə sürəti əvvəlki ayla müqayisədə 0,12 bənd, ötən ilin analoji dövrü ilə müqayisədə isə 0,28 bənd azalıb. Bu ilin yanvar ayının 1-nə isə manatın dövretmə sürəti 5,63 bənd təşkil edib.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən minimal həddi 2015-ci ilin yanvarında, yəni ilk devalvasiya ərəfəsində qeydə alınıb və 2,68 bəndə bərabər olub. Bu göstəricinin maksimal həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
Qeyd edək ki, manatın dövretmə sürəti inflyasiya ilə ÜDM-in hasilinin dövriyyədə olan manat kütləsinə nisbətinə bərabərdir. Oktyabrda manatın dövretmə sürətinin azalması dövriyyədə olan manat kütləsinin (M2 aqreqatı) sentyabr ayı ilə müqayisədə 497 mln. manat və ya 3,7% artması və aylıq inflyasiyanın 0,2% qalması ilə bağlıdır.






