AR Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Atasığorta” ASC-nin 2,4 milyon manat həcmində səhmləri qeydiyyata alınmışdır. Emissiya çərçivəsində nominal dəyəri 25 manat olan 96 000 səhm buraxılmışdır. Bununla da şirkətin nizamnamə kapitalı 10 milyon manata çatmışdır.
Nizamnamə kapitalının növbəti dəfə artırılması ilə bağlı “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri cənab Müseyib Əliyev bildirmişdir: “Azərbaycan Respublikasında sığorta sektorunun dinamik inkişafı sığorta şirkətləri qarşısında müəyyən imkanlar yaradır. Bu imkanların həyata keçirilməsi üçün sığorta şirkətlərinin maliyyə gücünün müntəzəm şəkildə artırılması mühüm əhəmiyyət kəsb edir. AtaSığorta öz müştəriləri və tərəfdaşları qarşısında götürdüyü öhdəlikləri vaxtında yerinə yetirmək və özünün maliyyə sabitliyini təmin etmək üçün gələcəkdə də nizamnamə kapitalının artırılmasını davam etdirəcəkdir”.