Prezident İlham Əliyev Usubovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Azərbaycan Respublikasında hüquq-mühafizə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ramil İdris oğlu Usubov “Şöhrət” ordeni ilə təltif edilsin.” – deyə sərəncamda deyilir.
Qeyd edək ki, 69 yaşlı R. Usubov Prezidentin (Heydər Əliyev) 29 aprel 1994-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir.







