28 C
Baku
Tuesday, April 30, 2024

KİV: Səudiyyə Ərəbistanında robot məmur işə başlayıb

Səudiyyə Ərəbistanında ilk robot məmuru ortaya çıxıb. Al Sabq qəzetinin xəbərinə görə, Texnik adlı bu mexaniki əməkdaş, krallığının təhsil naziri olan Əhməd bin Məhəmməd əl-İsadan şəxsi xidmət sənədini alıb.

“Təşəkkür edirəm, hörmətli nazir, nümunəvi bir işçi olacağıma söz verirəm”,-nazirə və mərasimdə iştirak edən heyətə ərəb dilində müraciət etmiş robot deyib.

İdarənin rəhbəri qeyd etdiyi kimi, robot Səudiyyə ekspertləri tərəfindən hazırlanıb proqramlaşdırılmışdır.

Texnik, Səudiyyə Ərəbistanın Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən peşə və ixtisas təhsili üzrə Baş İdarədə instruktor vəzifəlisində çalışacaq. Yaxın gələcəkdə o, mədəni irs festivalında öz vəzifələrini yerinə yetirməyə başlayacaq. Android, ziyarətçilərlə ünsiyyət quraraq onlara festival və Ərəb monarxiyası haqqında lazımlı məlumatları təqdim edəcəkdir.

Yeni texnologiyaların, xüsusilə robotların tətbiqi, hazırda Səudiyyə Ərəbistanında realizə olunan “Vision 2030” strateji planının əsaslarından biridir. Ölkədə iyul ayının ortalarında ilk robotlaşdırılmış aptek işə salınıb.

Ötən ilin sentyabr ayında isə, Səudiyyə Ərəbistanın Dövlət İnvestisiya Fondu və yapon telekommunikasiya şirkəti olan Softbank, robot texnikasını inkişaf etdirilməsi və  yaxın beş ildə bu sahəyə ən az $45 milyard sərmayə qoymağı planladığını açıqlamışdılar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər