Dövlət Statistika Komitəsi (DSK) rayonlar üzrə iqtisadi artım göstəricilərini açıqlayıb.
Mənbənin sorğusuna cavab olaraq Komitədən bildirilib ki, Azərbaycanda 2018-ci ilin yanvar-sentyabr aylarında 72 rayon və şəhərin 52-də iqtisadi artım, 20-də isə iqtisadi geriləmə qeydə alınıb.
2018-ci ilin yanvar-sentyabr aylarında iqtisadi artımın ən az olduğu rayonlar Tərtər və Cəbrayıl rayonları olub. Bu rayonlarda müvafiq olaraq 38,6% və 32,9% azalma olub. Tərtərdə iqtisadi artımın azalmasının əsas səbəbi tikintidə olan 76,9%-lik azalma olub. Cəbrayılda azalmaya təsir edən faktor tikintidə 77,1%-lik azalmanın olması olub.
İşğal altında olan rayonları nəzərə almasaq ölkədə ən az iqtisadi artıma malik 10 rayon aşağdakılardır.
Rayonlar | İqtisadi azalma |
Tərtər | 38,6% |
İmişli | 32,8% |
Goranboy | 25,8% |
Ağstafa | 21,4% |
Astara | 14,1% |
Mingəçevir | 12,8% |
Qobustan | 11,5% |
Zaqatala | 11,1% |
Göyçay | 10,1% |
Salyan | 9,3% |
Digər rayonlarda azalmaya təsir edən sahələr hansılardır?
Rayonların ümumi mənzərəsinə nəzər salanda görərik ki, nəinki artımda, hətta azalmada da böyük rol tikinti sahəsinə məxsusdur. Tikinti sahəsində olan artım və ya azalmalar rayonun iqtisadi inkişafında da özünü biruzə verir. İqtisadi artımı ən az olan rayonlarda buna səbəb məhz tikinti sahəsindəki azalmalardır.Yalnız Zaqatala və İmişli rayonlarında azalmaya səbəb sənaye sahəsi olub.
İmişli rayonunda iqtisadi azalmanın səbəbi sənaye sahəsində baş verən 59,2% azalma olub. Rayonda kənd təsərrüfatında 4,1% , tikintidə 20,9% azalma və nəqliyyat sahəsində də 0,3% azalma olub. Digər sahələrdə isə artımlar qeydə alınıb.
Goranboyda 25,8%-lik azalmanı meydana gətirən əsas səbəb tikinti sahəsində olan 63%-lik azalmadır. Rayonda digər sahəələrdə azalma olmayıb, cüzi olsa da artım olub.
Ağstafada 21,4% azalma olub. Maraqlıdır ki, burayonda sənayedə 2,6 dəfə artım və digər sahələrdə də artım ollub, buna baxmayaraq tikinti sahəsində olan 63,2%-lik azalma rayonun ümumi məhsul istehsalının azalmasına səbəb olub.
Astara burada azalma 14,1% qeydə alınıb. Rayonda azalmanın əsas faktoru yenə də tikintidə olan 45,4%-lik azalma olub. Öz növbəsində sənayedə 6,2% azalma, kənd təsərrüfatında da 5%-lik azalma olub. Digər sahələrdə isə artım olub.
Mingəçevirdə 12,8% azalma olub. Burada ən çox azalma olan sahə tikinti sahəsi olub. Bu sahədə azalma 38,5% təşkil edib. Digər sahələrə gəldikdə, sənayedə 13,3% , kənd təsərrüfatında 14,3% və rabitə sahəsində 12,7% azalma olub. Nəqliyyat və ticarət sahələrində isə artım olub.
Qobustanda azalma 11,5% olub. Burada da digər rayonlarda olduğu kimi azalmanın meydana gəlməsində tikinti sahəsinin rolu olub. Tikinti sahəsində 35,3% azalma olub. Bundan əlavə sənayedə də 12,1-lik azalma meydana gəlib. Digər sahələrdə isə artım olub.
Zaqatalada azalma 11,1% təşkil edib.Digər rayonlardan fərqli olaraq bu rayonda azalmaya təsir edən sahə sənaye sahəsi olub. Sənaye sahəsində azalma 35,6% olub. Tikinti sahəsində 23,1%, nəqliyyatda 2,4% azalma olub. Digər sahələr üzrə cüzi artımlar olub.
Göyçayda azalama 10,1% qeydə alınıb. Rayonda bu azalmaya səbəb tikinti sahəsində olan 60,3%-lik azalma olub. Sənaye sahəsində 34,7%, nəqliyyat sahəsində 0,5% azalma olub.
Salyanda azalma 9,3% təşkil edib. Salyanda azalmada öz təsirini daha çox göstərən sahə tikinti sahəsi olub, bu sahədə 33,4% azalma olub. Əlavə olaraq sənayedə 8,9%, kənd təsərrüfatında 1,5% azalma olub.