1 C
Baku
Saturday, December 14, 2024

ABŞ-ın İrana qarşı “tarixin ən qəddar” saknksiyası yumşalır. Daha bir sanksiyanı geri götürüb

Əfqanıstan, hind şirkətləri tərəfindən inşa edilmiş İran liman kompleksi olan Çabaharı və bu limanla Əfqanıstan arasında inşa edilən dəmir yollarını sanksiyalardan azad etdiyinə görə, ABŞ-a öz təşəkkürünü bildirib.

Donald Trump administrasiyası Tehrana qarşı “tarixdə ən qəddar” sanksiyalar tətbiq edərək, onu “davranışını” dəyişdirmək ümidini bəsləmişdi. Məhdudiyyətlər əsasən İranın bank və enerji sektorlarını əhatə edir. Bu sanksiyalar İran neftinin idxalını davam etdirən ölkələrə və şirkətlərə də tətbiq oluna bilər.

Banker.az bu barədə , Economic Times-ə istinadən yazır.

Eyni zamanda dövlət katibi Mike Pompeo-nun sözlərinə görə, səkkiz ölkəyə müvəqqəti olaraq İran neftini almaq icazəsi verilib, bu ölkələrə Hindistan, Çin, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyə daxildir. Belə bir istisnanın əsas səbəbi, adı çəkilən ölkələrin İrandan karbohidrogenlərin alqı-satqısını “əhəmiyyətli dərəcədə azaltmaları” olmuşdur.

“Çabahar limanı, Əfqanıstan, Mərkəzi Asiya və digər regionlara Hindistan okeanına çıxışı təmin edir. Bu baxımdan, biz strateji tərəfdaşımız olan ABŞ-ın qərarını yüksək qiymətləndiririk”,- bazar ertəsi, Əfqanıstanın BMT-dəki nümayəndəsi olan Mahmud Saykal bildirib.

Saykalın sözlərinə görə, ötən ildən etibarən Kabil Hindistan, Qazaxıstan, Türkiyə, Avropa, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Çin ilə hava yük dəhlizlərini istismara verib. Bu, əfqan məhsullarının xaricdə ixracının əhəmiyyətli dərəcədə artmasına gətirib çıxardı.

2018-ci ildə TAPI qaz kəməri layihəsinin əfqan hissəsi qurulmuşdu.

Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, Vaşinqton Əfqanıstanın iqtisadi inkişafında kömək etmək niyyətində olduğuna görə sanksiyaları aradan  qaldırıb. “Bu liman Əfqanıstan üçün çox əhəmiyyətlidir, çünki ölkəyə humanitar yardımın vaxtında çatdırılmasına imkan yaradır”, – deyə Dövlət Departamentindən bildiriblər.

Hindistanın BMT-dəki daimi nümayəndəsi olan Tanmaya Lal, Təhlükəsizlik Şurasının yığıncağında, Dehlinin müxtəlif layihələrin həyata keçirilməsində Kabil ilə yaxından əməkdaşlıq etdiyini söyləmişdir. 2016-cı ilin may ayında Hindistan, İran və Əfqanıstan üç ölkə arasında tranzit-nəqliyyat dəhlizinin yaradılmasına razılıq veriblər ki, burada Çabahar limanı dəniz nəqliyyatı üçün əsas mərkəzlərdən biri olacaq.

Çabahar limanı Hindistana, İrana və Əfqanıstanın öz aralarında, eyni zamanda Orta Asiya ölkələri ilə ticarəti artırmağa imkan verəcək. Bu, Pakistan tranzit dəhlizindən imtina edən Hindistan üçün xüsusilə vacibdir.

Hindistan həmçinin, beynəlxalq ictimaiyyəti və Təhlükəsizlik Şurasını müharibə vəziyyətində olan bir ölkədə terror hücumlarının sayının artması ilə məşğul olmadıqlarına görə tənqid edib.

“Hər kəsə terror təşkilatların liderlərinin qaldıqları sığınacaqların yeri məlumdur. Taliban, İŞİD, Əl-Qaidə və onun filiallarının fəaliyyəti dayandırılmalıdır”, – deyə Lal bildirib. “Keçmişin dərslərindən bilirik ki, dünya təhlükəsizliyi Əfqanıstandan asılıdır.”

Son xəbərlər
Digər xəbərlər