3 C
Baku
Saturday, December 14, 2024

SOCAR-ın əsas pay sahibi olduğu holdinqdə baş direktor mavini təyin olundu

Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim (Petrokimya) Holding”in baş direktor müavini vəzifəsində dəyişiklik edilir.

Banker.az bildirir ki, mənbə bu barədə şirkətin Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu-KAP) yaydığı məlumata əsasən xəbər verir (Report).

Məlumata görə, şirkətin istehsal üzrə baş direktor müavini Nihad Gürbüz gələn il yanvarın 1-dən bu vəzifədən ayrılacaq, həmin vəzifəyə hazırda Aromatiklər, Qlikol və Akril istehsalı üzrə direktor vəzifəsini icra edən Ali Semih Şansal təyin olunub. O, yanvarın 1-dən yeni vəzifəsinin icrasına başlayacaq.

N.Gürbüz isə həmin tarixdən baş direktorun texniki məsələlər üzrə müşaviri vəzifəsini icra edəcək.

Son xəbərlər
Digər xəbərlər