Günlərin bir günü mühazirədə müəllim tələbələrə müraciət edərək deyir:
– Hərbi sursatlara, hərbinin müasirləşdirilməsinə sərf olunan xərclərin kiçik bir qismi bəşəriyyətin bütün material problemlərini həll etməyə yetər.
Mühazirədən sonra tələbələr müəllimə yaxınlaşaraq deyirlər:
– Bəs nəyə görə insanlar bunu başa düşməyəcək qədər axmaqdırlar?
– Çünki onlar dərc olunmuş kitabları oxumağa öyrəşiblər, dərc olunmamış kitablar haqqında isə tamamilə unudublar – deyə müəllim cavab verir.
Tələbələrdən biri:
– Bəs dərc olunmamış kitablara hansı kitablar aiddir?
Lakin müəllim cavab vermir.
Bir müddətdən sonra tələbələrin təkidinə tab gətirməyən müəllim onların sualını cavablandırır:
– Quşların oxuması, heyvanların səsləri Həqiqət haqqında bəhs edirlər. Otlar və güllər bizə yol göstərirlər. Bunları oxumaq lazımdır!