10 C
Baku
Thursday, December 12, 2024

Səudiyyə Ərəbistanı Kralı hökumətdə kadr yerdəyişmələri aparıb

Kral Salman bin Əbdüləziz Əl Səudun fərmanı ilə onun başçılıq etdiyi Nazirlər Şurasında çoxsaylı kadr yerdəyişmələri aparılıb.

Banker.az Azərtaca istinadla xəbər verir ki, dövlət başçısının fərmanına müvafiq olaraq, hökumətdə bir sıra nazirlər, o cümlədən Səudiyyə Ərəbistanının xarici işlər naziri əvəz ediliblər. Xarici siyasət idarəsinin yeni rəhbəri İbrahim əl Assaf təyin edilib. Daha əvvəl bu vəzifəni tutan Adel Əl Cubeyr xarici işlər üzrə dövlət naziri təyin olunub. Bu post krallığın hökumətində yeni yaradılıb.

İlk dəfədir ki, Krallığın Nazirlər Şurasında qadın yer tutub – İman əl Muteyri ticarət nazirinin köməkçisi təyin edilib.

Səudiyyə Ərəbistanı Kralı, həmçinin vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudun başçılıq etdiyi Siyasət və Təhlükəsizlik Məsələləri üzrə Şuranın strukturunun yenilənməsi ilə bağlı fərman verib. Ümumi təhlükəsizlik idarəsinin direktoru vəzifəsinə general-polkovnik Xaled bin Karar əl Harbi, milli təhlükəsizlik üzrə müşavir isə Musaat bin Məhəmməd əl Ayban təyin olunublar.

Kralın digər fərmanı ilə Kosmos üzrə Milli İdarə yaradılıb. İdarənin başçısı vəzifəsini krallığın Turizm və Milli İrs üzrə Baş idarəsinin rəhbəri postunu tutan şahzadə Sultan bin Salman Al Səud yerinə yetirəcək. Bununla yanaşı, İdman üzrə Baş İdarənin rəhbəri vəzifəsini tutan Turki əl Şeyxə Əyləncə üzrə Baş İdarə həvalə edilib. Əbdül Əziz bin Turki əl Faysal İdman üzrə Baş İdarəyə rəhbər təyin olunub. Həmçinin Asir və Məkkə regionlarına da yeni rəhbərlər təyin edilib.

Son xəbərlər
Digər xəbərlər