2 C
Baku
Saturday, December 14, 2024

Karların ölkəsi. Ünsiyyət qurmaq bacarığı biznesdə aparıcı rol oynayır

Avropa və ABŞ-ın biznes sahəsində öz fikirlərini iş yoldaşlarına və əməkdaşlarına çatdırmaq bacarığın olmamasına qarşı mübarizə başlayıb. Belə ki, rəqəmliləşmə dövründə insanlar ünsiyyət bacarıqlarını artıq itirməyə başlayıblar.

Kommunikasiya, inandırma qabiliyyəti, empatiya və dinləmə bacarığı soft skills hesab olunur. Bir çox şirkətlər üçün bu kimi bacarıqlar “o qədərdə əhəmiyyətli olmayan”, amma kifayət qədər “vacib” hesab olunurlar. İşə düzəldiyimiz zaman, “inandırma qabiliyyəti”, “liderlik” və “emosional intellekt” kimi meyarlar aparıcı rol oynayırlar. Bunlardan əlavə texniki bacarıqlar, iş təcrübəsi, bir sıra kəmiyyət göstəriciləri də, sözsüz, böyük əhəmiyyət kəsb edir.

Bu il Washington Post, ABŞ-da işəgötürənlər arasında soft skills-a (yumşaq bacarıqlar) olan tələbatın, texniki bacarıqlara olan tələbatı əhəmiyyətli dərəcədə aşdığını göstərən bir sıra tədqiqatlar nəşr edib. Carmine Gallo “Five stars” kitabında, bu gün biznesdə keyfiyyətli ünsiyyət bacarıqlarına tələbatın yüksək, təklifin isə aşağı olduğunu təsdiqləyir. Hal-hazırda, bu sahədə bəşəriyyətin inkişaf tarixində ən güclü qeyri-sabitliyi müşahidə edirik.

LinkedIn, 100 şəhərdə istifadəçi profillərini təhlil edərək, orada işəgötürənlər arasında bacarıqlara olan tələbatı müqayisə etmişdir. Məlum oldu ki, cari vakant vəzifələri bağlamaq üçün ünsiyyət bacarıqlı olan 1.4 milyon insan çatışmır.

Bütün mümkün prosesləri avtomatlaşdırma yoluna qədəm qoyan bəşəriyyət, yalnız insanın malik olduğu bacarıqlara – yaradıcılıq, insanlarla ünsiyyət və empatiyaya ehtiyac duyur. Başqa sözlə, maşınları qurmağı və anlamağı öyrəndik, amma insanları başa düşməyi hələ də bacarmırıq.  

Əvəzedilməzlər var

İnkişaf etmiş kommunikasiya bacarığına malik olan insanlar hər hansı bir şirkətdə, xüsusilə də beynəlxalq şirkətlərdə əvəzedilməzdirlər. Son 40 il ərzində texniki mütəxəssislərin hazırlanması ilə məşğul olan bəşəriyyət, bu sahəyə heç bir sərmayə qoymayıb.

Yeni nəsil “rəqəmsal nəsil” adlanır, lakin Washington Post yazır ki, müasir insanın yaxşı bacardığı tək bir şey cihazlarına müraciət etmək və məsələ həll edildikdə cihazı söndürməkdir. Onlar telefonlarının imkanları barədə hər şeyi bilirlər və onsuz real insanlarla necə ünsiyyət qurmalı olduqlarını bilmirlər.

İnsanlarla ünsiyyət qurmağı bacaran bir proqramçı və ya bir alim, bu gün istedadlı bir proqramçı və ya alimin yerini asanlıqla əvəz edə bilər.

Texniki dahilər üçün kommunikasiya

Texniki mütəxəssislərin bir çoxları öz ideyaları haqqında dolğun məlumat verib onları təqdim etməyi bacarmırlar, bu səbəbdən maliyyələşmədən məhrum olurlar.  

AI, VR, IT məhsullarının təqdimatını keçirən 10 spikerdən 9-u, sərmayəçiləri çaşbaş vəziyyətə qoyur.

İsveçrənin SIIA maliyyə assosiasiyası, 2018-ci ildə bu məsələ ilə bağlı yeni qərar qəbul etmişdir. Bu qərar, sahibkarlar üçün kommunikativ bacarıqların inkişafına yönəldilmiş təlimlərin keçirilməsini nəzərdə tutur. Mütəxəssislərin fikrincə, bu sahədə olan geriləmə sərmayə mexanizminə və assosiasiyanın imicinə zərər yetirir.

Kommunikasiya – insanları daha yaxşı başa düşməyə imkan verən bacarıqdır. Bu bacarıq, insanları idarə edilməsi, komanda daxilində daha yaxşı qərarların verilməsi və daha yaxşı strateji əməkdaşlığın qurulması üçün olduqca vacibdir.

Maraqlıdır ki, CISCO-da, vəzifənin artırılması ilə bağlı qərarlar təqdimat və kommunikasiya bacarıqlarının keyfiyyəti əsasında qəbul olunur. Beş baldan  ən az 4-ü nümayiş edən əməkdaşlar, öz namizədliyini irəli sürə bilərlər. Burada məntiq sadədir: vəzifədə yüksəliş həmişə daha çox insanları idarə etmək deməkdir. İnsanlarla ünsiyyət bacarıqları burada aparıcı rol oynayır.

Carmine Gallo, San-Fransisko şəhərində olan bir startup-ı misal çəkir. Komandanın apardığı tədqiqatlardan sonra məlum oldu ki, təqdimat zamanı “altıncı sinif şagirdinin dili ilə” danışmaq lazımdır. Bu qayda şirkət daxilində fəal şəkildə istifadə olunur.

Jeff Bezos, Amazonun daxili görüşlərində Power Point proqramını qadağan etdiyini yazır. Bunun əvəzinə, işçilərin hekayə danışma bacarıqlarını inkişaf etdirmək və hekayə üslubunda hər bir görüşdən sonra hesabat yazmaq kimi yeni vəzifələri var.

Dünyanın ən böyük səyahət şirkəti olan Carnival Corporation,  2013-ci ildə yeni icraçı direktorun, Arnold Donaldın gəlməsindən sonra bu səviyyəyə çatıb. O qeyd edir ki, əsas bacarıq kommunikasiya və dinləmədir.

Müxtəlif dillərdə ünsiyyət quran qlobal korporasiyalarda keyfiyyətli ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi aktual problemlərdən biridir. Xariciləri həvəslə işə götürən Amerika, Asiya və Avropadakı şirkətləri, iki, üç, və daha artıq dildə sərbəst ünsiyyət quran namizədlərə daha çox maraq göstərirlər. Bir neçə dildə sərbəst ünsiyyət qurma bacarığı, fərqli insanların yaxşı başa düşülməsini təmin edir.

Son xəbərlər
Digər xəbərlər