Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.
Banker.az xəbər verir ki, 07.01.2019-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 902,7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 7,76% təşkil edib. Bu da tələbin təklifi 2,6 dəfə üstələməsi deməkdir.
Qeyd edək ki, AMB bu hərraca da 350 mln. manat cəlb etməyi planlamışdı.