9 C
Baku
Friday, December 13, 2024

Bank Respublika məzunlara iş təcrübəsi qazanmaq üçün fürsət yaradır

Ötən il “Ən fəal təhsil dəstəkçisi” mükafatına layiq görülən Bank Respublika, yeni ilin başlanması ilə daha bir təhsil layihəsinə start verir. BankIV kursda və ya magistr pilləsində təhsil alan, eləcə də universiteti yeni bitirmiş məzunlar üçün “Qış Təcrübə Proqramı” elan edir.

Yanvar – mart aylarında Bankın Baş ofisində və filiallarında həyata keçiriləcək layihə çərçivəsində iştirakçılar bank qanunvericiliyi, kreditləşmə, risklərin idarə edilməsi, marketinq, İT, rəqəmsal bankçılıq və digər istiqamətlər üzrə təlimlərdə iştirak edəcək, müvafiq departamentlərdə çalışaraq təcrübə almaq imkanı əldə edəcəklər.

Proqramda iştirak etmək üçün tələb olunan meyarlara uyğun namizədlər 18 yanvar 2019 tarixinə kimi öz CV-lərini [email protected] ünvanına məktubun mövzu (subject) hissəsində “Təcrübə proqramı” yazmaqla göndərə bilərlər.

CV göndərən namizədlər test üsulu ilə imtahandan keçdikdən sonra proqramda iştirak etmək imkanı qazanacaq. Layihənin sonunda təcrübə proqramını uğurla başa vuran iştirakçılar işlə təmin olunmaq imkanı da əldə edəcəklər.

Bankın İnsan Resursları Departamentinin rəhbəri İlkin Zeynallı qeyd edib ki, “Gənclər təcrübə proqramında iştirak etməklə dərin biliklərə yiyələnmək, güclü komandada çalışmaq və uğurlu karyera üçün lazım olan peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaqlar. Biz inanırıq ki, gənclərin təcrübə müddətində əldə etdikləri bilik və bacarıqlar gələcək həyatlarında və karyeralarında müstəsna rol oynayacaq”.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər