Vəzifə öhdəlikləri:
- Cari fəaliyyət zamanı Bank tərəfindən keçirilən bütün əməliyyatlara gündəlik nəzarətin həyata keçirilməsi;
- Struktur bölmələrdə monitorinq və yoxlamaların aparılması, nəzarət sisteminin gücləndirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Struktur bölmələr tərəfindən aparılmış cari əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunun yoxlanılması və yaranmış səhvlərin aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi;
- Bankda nəzarət prosesini gücləndirən yeni alət və mexanizmlərin hazırlanması və tətbiqi;
- Bankın fəaliyyətində nəzarət mexanizmlərinin tətbiq edilməsi məqsədi ilə müvafiq hesabat formalarının hazırlanması.
Namizədə dair tələblər
- Ali təhsil (İqtisadiyyat, maliyyə);
- Bank sahəsində 2 il, nəzarət, audit və ya risk sahəsində 1 illik iş təcrübəsi;
- Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və ya Rus dili biliyi;
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi sənədləri bilmək;
- Analitik təhlil qabiliyyəti;
CV-lərinizi vakansiyanın adını qeyd etməklə http://azerturkbank.az/bank/hr/form ünvanında müraciət formasını dolduraraq və ya [email protected] poçt ünvanına göndərərək bizə müraciət edə bilərsiniz.
CV-lər son qəbul tarixi 31.01.2019