Bu günlərdə “Oskar” mükafatının təqdimatı keçirildi. Təqdimat bir sıra cəhətlərlə yanaşı, gecənin aparıcısı Ellen Degeneres-in bir sıra məhşurlarla çəkdiyi selfi şəkli ilə də yadda qaldı. Sonradan belə məlum olur ki, burada əsas məqsəd Samsung şirkətinin reklamı idi. Samsung şirkətinin istehsalı olan cihaz aparıcıya gecənin aparılması üçün təqdim edilmişdi. The Wall Street Journal-ın verdiyi məlumata görə bu mərasim boyunca reklama görə 18 milyon xərcləmiş Samsung şirkətinin arzusu əsasında baş tutub.
Şirkət əvvəlcədən mərasim boyunca özünü necə reklam edəcəyini bildirməmişdi. Lakin aparıcı Degeneres-in bir çox məşhurla birgə şəkdiyi şəkil vəziyyətdən ən yaxşı çıxış yolu idi. Məşhurlar “Samsung”-un köməkliyi ilə şəkil çəkdirdiyi zaman bu anı kənardan digər fotoqraflar da çəkmiş və smartfonun markasını müəyyən etmişlər. Qeyd edək ki, şəkil çəkildikdən sonra Twitter-də paylaşılmışdır və kütlə tərəfindən böyük marağa və paylaşıma səbəb olmuşdur.