Qarşıdan xanımların çox sevdiyi və səbrsizliklə gözlədiyi, kişilərin isə “matəm” günü hesab etdikləri 8 mart bayramı yaxınlaşır. Bu bayramın yaxınlaşması ilə əlaqədar olaraq geyim, ətir və bir neçə mağazalarda xanımlar üçün xüsusi endirim kampaniyaları tətbiq olunur.
Banklarımız da bu ənənəni davam etdirmək üçün 8 mart münasibətilə kampaniyalara start verdi.
İlk kampaniyaya start verən bank isə Muğan Bank oldu. Belə ki, bütün xanımlar pulsuz “Visa Gold” və “MasterCard Gold” kartı əldə edə bilərlər. 1- 12 mart tarixləri arasında hər bir xanım şəxsiyyət vəsiqəsi ilə bankın istənilən filial və ya şöbəsinə yaxınlaşaraq pulsuz olaraq “Visa Gold” və “MasterCard Gold” kartı əldə edə bilər.


Xanımlar üçün kampaniyaya start verən növbəti bank DəmirBank-dır. Bank 8 fərqli gün adlı yeni kampaniyaya start verib. Martın 14-nə kimi davam edəcək kampaniyanın şərtlərinə görə istehlak və ya biznes kreditləri üzrə DəmirBank-a müraciət edən xanım müştərilər üçün komissiya haqları 0,8% olacaq. Kreditin maksimal məbləği 8000 AZN təşkil edir.
Unibank ilə xanımlar 3 gün bayram edəcəklər. Bu həftəsonu Albalı şoppinq festivalına 
Martın 7-8-9-u Albalı (Albalı Plus və 28 Mall Albalı) kartı ilə 3 taksit və daha yuxarı alış-verişlərə, 6 taksit də hədiyyə olunacaq. Yəni, kampaniya günlərində 6 aylıq ödəniş müddətinə alınan məhsul və xidmətlərin dəyərini, 12 aya ödəyə biləcəksiniz.

Belə ki, Bank 8 Mart Günü ilə əlaqədar xanımlar üçün Komissiyasız Nağd Pul Krediti günləri elan edir. 7 və 8 mart tarixlərində Bank of Baku-da nağd pul krediti rəsmiləşdirən hər xanım komissiya ödənişindən tam azad olunacaqlar. Kreditin maksimal həddi isə 15 000 manatdır.

Sizə xanımlar üçün kampaniyalara start verən bankların siyahısını təqdim etdik. İndi isə seçim siz xanımlarındır. Diqqətlə oxuyun və özünüzə uyğun kampaniyalardan faydalanın.








