6 C
Baku
Sunday, December 15, 2024

Elektrobus istehsal ediləcək – CRRC və “İkarus” şirkətlərindən birgə əməkdaşlıq

Macarıstanın “İkarus” və Çinin CRRC şirkətlərinin “Urban Traffic Kft — Electrobus Europe Zrt” adlı birgə müəssisəsi tamamilə elektrikləşdirilmiş “CityPioneer” avtobusunun prototipini təqdim edib.

Banker.az bildirir ki, “İkarus” şirkətinin sədri Qabor Seleş jurnalistlərə deyib: “Bir illik işin məhsulu olan bu prototip avtobus kuzovları istehsalı sahəsində “İkarus”un təcrübəsini və dünya səviyyəli elektrik transmissiyaları texnologiyası barədə CRRC şirkətinin təsəvvürlərini özündə birləşdirir. Artıq 2019-cu ildə “CityPioneer” modelinin seriya ilə istehsalına başlanacaq”.

CRRC şirkətinin Macarıstandakı bölməsinin rəhbəri Qu İfen bildirib ki, Avropa bazarları üçün nəzərdə tutulan avtobusların istehsalı “İkarus” şirkətində yeni iş yerləri yaradılmasına və Macarıstanın milli brendinin inkişafına təkan verə bilər.

Alçaq döşəməli avtobus 240 kVt güclü sinxron mühərrikdən və 313 kVt güclü akkumulyator batareyasından qidalanır. 5-6 saat ərzində enerji ilə doldurulan avtobus əlavə enerji doldurmadan 200-260 kilometr məsafəni qət edə bilər.

©AZƏRTAC

Son xəbərlər
Digər xəbərlər