15 C
Baku
Saturday, October 19, 2024

Pilotsuz “KamAz”-lar – ilk sınaq olacaq

Rusiyanın “KamAz” şirkətinin pilotsuz avtomobillərinin ümumi istifadə yollarında ilk təcrübə istismarı bu il Naberejnıe Çelnıda olacaq.

Banker.az məlumat verir ki, hərəkət zamanı avtomobilin kabinəsində peşəkar sürücü-sınağçılar oturacaqlar. Hər hansı ştatdan kənar hadisə baş verdikdə onlar idarəetməni öz üzərlərinə götürəcəklər.

2015-ci ildə ilk dəfə olaraq “KamAz-5350”nin bazasında ilk pilotsuz avtomobilin prototipi yaradılıb. Avtomobil avtonom şəkildə müəyyən olunan marşrut üzrə hərəkət edə bilir. Eyni zamanda yük maşının süni intellekt sistemi piyadalarda daxil olmaqla yol hərəkətinin digər iştirakçılarını, yol xətlənməsi və nişanlarını fərqləndirə bilir.

©Finans.az

Son xəbərlər
Digər xəbərlər