16 C
Baku
Monday, October 28, 2024

Nəqliyyat tarifləri dəyişdirildi

2014-cü ilin fevral ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1% bahalaşmış, sərnişindaşıma tarifləri isə sabit qalmışdır. Ay ərzində isə hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 5,3% ucuzlaşmış, digər xarici ölkələr üzrə isə 3,8% bahalaşmışdır.

Fevral ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 0,2%, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 18,7% bahalaşmışdır.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi üzrə isə 0,3% bahalaşma müşahidə olunmuşdur.

Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmamışdır.

Son xəbərlər
Digər xəbərlər