Yaponiyanın məşhur “Honda Motor Corp” şirkəti Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən şıxması (“Brexit”) başa çatandan sonra bu ölkənin Suindon şəhərindəki müəssisəsinin fəaliyyətini 6 günlük dayandıracaq.
Banker.az “Report”-a istinadən xəbər verir ki, bu addım “Brexit”dən sonra meydana çıxa biləcək problemlərə hazırlıq tədbirləri çərçivəsində atılır.
“Mümkün olan hər cür fəsadlara “Honda”nın tam hazır olmasını təmin etmək üçün 2019-cu ilin aprel ayında 6 qeyri-iş günü tətbiq etməyi düşünürük. Bu, parçaların sərhəd üzərindən tədarükünün hər hansı ləngiməsi halında istehsalat fəaliyyətini bərpa etmək üçün gərəkdir”, – şirkətin mətbuat xidməti bildirib.
Yaponiyanın məşhur “Honda Motor Corp” şirkəti Böyük Britaniyanın Avropa İttifaqı üzvlüyündən şıxması (“Brexit”) başa çatandan sonra bu ölkənin Suindon şəhərindəki müəssisəsinin fəaliyyətini 6 günlük dayandıracaq. Bu addım “Brexit”dən sonra meydana çıxa biləcək problemlərə hazırlıq tədbirləri çərçivəsində atılır.