“Vergi Məcəlləsinə edilən dəyişikliklər ən çox kiçik sahibkarlıq subyektlərinə təsir edəcək”.
Bunu Multimediya Mərkəzində keçirilən tədbirdə Bakı Hesabat Mərkəzinin direktoru, müstəqil auditor Mehdi Babayev deyib.
O bildirib ki, kiçik sahibkarların içərisində fiziki şəxslər üstünlük təşkil edir: “Dəyişikliklərə diqqət yetirəndə görürük ki, burada sahibkarların vergi yükü artmır. Hətta istəsələr sadələşdirilmiş vergi ödəyicisi olduqları dövrdəkindən daha az vergi ödəyə bilərlər. Bu gəlirlərin və xərclərin düzgün uçotunun aparılması halıda mümkündür. Həmçinin sadələşdilmiş vergi tutma sistemindən məhrum olan şəxslərə kifayət qədər güzəştlər tətbiq olunub. Əgər sahibkar xərclərin uçotunu aparmazsa 5 faiz vergi ödəmiş olacaq. Ancaq uçot aparılarsa, hətta onlar əvvəlkindən daha az vergi ödəmək imkanı əldə edəcəklər”.
Sputnik Azərbaycan