“Azərbaycanda vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır”.
Banker.az bildirir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində bildirib.
2019-ci ildə qarşıya qoyulan vəzifələrin icra olunacağına əminliyini ifadə edən dövlət başçısı həmin sahələrdə şəffaflığın, dürüstlüyün təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığını, sağlamlaşdırma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini vurğulayıb.
Bu il də infrastruktur layihələrinin icra ediləcəyini deyən Prezident qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınması, meliorativ tədbirlərin görülməsi, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini qeyd edib.