21 C
Baku
Friday, September 27, 2024

Worldcard-dan xanımlar üçün 8 mart fürsətləri

Yapı Kredi Bank 8 mart münasibəti ilə xanımlar üçün yeni kampaniyalara start verdi.

Yapı Kredi Bank Worldcard müştəriləri üçün “Hədiyyələr martda alınsın, ödəmələr maya qalsın” adlı kampaniyaya start verir. Bu kampaniyanın şərtlərinə görə, Worldcard sahibləri 1-9 mart tarixləri arasında World Üzv Ticarət Obyektlərində hissə-hissə edilən 30 AZN üzəri alış-verişləri may ayında ödəmək fürsəti əldə edəcəklər. Beləliklə, alınan hədiyyəni həm hissə-hissə ödəmək, həm də ödəməni 2 ay sonra başlamaq şansı yaranır.

Worldcard sahibi olan hər kəs 7-9 mart tarixləri arasında xanımı ilə şam yeməyini World Üzv Restoranında etdikdə, ödənilən məbləğin 20%-ə qədəri bal olaraq balansa geri qayıdacaq. Bu ballar miqdarında isə World Üzv Ticarət Obyektlərində ödənişsiz alış-veriş etmək olur.

Bayram ərəfəsində ətir almaq istəyən Worldcard sahibləri Sabina və Ideal mağazalarında 1-10 mart tarixləri arasında Worldcard-la nağd qiymətinə 8 hissədə alış- veriş edərək, ödəməyə 2 ay sonra başlaya və 30%-ə qədər endirimdən yararlana bilərlər.

Xanımına telefon hədiyyə alaraq sevindirmək istəyən Worldcard sahibləri isə 3-10 mart tarixləri arasında Worldcard ilə Nano Electronics mağazalarından telefon alarkən, hədiyyənin məbləğini 8 hissədə ödəməklə yanaşı, ödəməyə 2 ay sonra başlaya bilərlər.

Son xəbərlər
Digər xəbərlər