6 C
Baku
Sunday, December 15, 2024

Dünyada ilk distant cərrahiyyə əməliyyatı avadanlığının sınağı uğurlu oldu

Çində dünyada ilk dəfə olaraq beşinci nəsil mobil rabitə şəbəkəsindən (5G) istifadə edilməklə distant cərrahiyyə avadanlığının sınağı keçirilib. Testdə iştirak edən Futszyan əyalətinin həkimi idarəetmə mərkəzindən 50 km uzaqda yerləşən əməliyyat otağındakı laboratoriya heyvanının qaraciyərini çıxarıb.

Banker.az “ICTnews”-a  istinadən yazır ki, məlumata görə, həkimin idarəetmə qurğusu və cərrahiyyə otağındakı robot arasında siqnalın ötürülməsi vaxtında yubanma 0,1 saniyə təşkil edib.

Tədqiqatçılar bildirib ki, siqnalın yüksək sürətlə ötürülməsi potensial ölümcül tibbi səhvlər riskini azaltmağa imkan verəcək. Onlar ümid edirlər ki, “5G” şəbəkəsindən istifadə edilməklə distant cərrahiyyə tezliklə insanların müalicəsi üçün daha təhlükəsiz olacaq.

Son xəbərlər
Digər xəbərlər