8 C
Baku
Thursday, December 12, 2024

Sığorta haqlarının həcmi 1.6 milyard manata qədər artırılmalıdır – “ASA”-dan açıqlama

2021-ci ilədək Azərbaycanın sığorta bazarında sığorta haqlarının həcmi 1,6 mlrd. manata qədər artmalıdır. Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin sədri Mustafa Abbasbəyli belə hesab edir.

“Azərbaycanın sığorta bazarı 700 mln. manata yaxın həcmindədir. İki ilə (2019-2020-ci illərdə – iF) bu rəqəmin 1,6 mlrd. manata çatdırılması qarşıya qoyulub. Bu, çox ciddi hədəfdir, maliyyə bazarının üzərinə böyük yük və məsuliyyət qoyur. Hər halda belə bir addımın atılması Azərbaycan üçün çox vacibdir. Çünki ölkəmizdə həm bankların, həm də sığortaların aktivlərinin ümumi daxili məhsuldakı payının az olduğunu görürük”, – M.Abbasbəyli Vergilər Nazirliyinin “Vergilər” qəzetinə müsahibəsində qeyd edib.

Banker.az interfax.az-a istinadla məlumat verir ki, M.Abbasbəyli son illər ərzində sığorta bazarı sabit dinamik inkişaf etdiyini, bunun ilk növbədə, həyat, xüsusilə həyatın yığım sığortası növünə marağın artması ilə əlaqədar olduğunu açıqlayıb.

“Hər il Azərbaycanda 10% artım olur, ötən il 32% təşkil edib. Bu baxımdan, həyatın yığım sığortasını xüsusilə qeyd etmək lazımdır. Ən çox artım – 40% sığortanın bu növü ilə bağlıdır”, – M.Abbasbəyli vurğulayıb.

ASA sədri əlavə edib ki, 2019-cu il yanvarın 1-dən bu sığorta növünə müəyyən məhdudiyyətlər gətirilib. “Əvvəllər vətəndaş öz rəsmi əmək haqqının 100%-ni bu sığortaya yönəldə bilərdisə, yeni qaydalara görə 50%-ni yönəldəcək”, – M.Abbasbəyli bildirib.

Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda sığortaçıların ümumi sığorta haqlarının həcmi 663 mln. 891,1 min manat təşkil edib, bu da 2017-ci ilin analoji dövrünü göstəricisindən 31,7% çoxdur.

Son xəbərlər
Digər xəbərlər