21 C
Baku
Saturday, September 28, 2024

Bank of Baku-dan yeni kampaniya

“Bank of Baku” “Faizləri azaltdıq!” endirimli nağd kredit kampaniyasına başlayır. Bu güzəştli kampaniyadan bankın həm daimi, həm də yeni müştəriləri faydalana bilər.Kampaniya çərçivəsində aylıq faiz dərəcəsi 1,9%-dən başlayır.

Misal üçün, rəsmiləşdirilən kreditin müddəti 31-36 aydırsa və ərizəçi “Bank of Baku”-nun “Dostlar Klubu”-nun üzvüdürsə, o halda faiz dərəcəsi illik 22,80-23,80% arası təşkil edəcək. Əgər müştərinin tarixçəsi təzə formalaşıb və ya yeni müştəridirsə, o halda faiz dərəcəsi 25,80-28,80% arası olacaq.

Bankın “Dostlar Klubu”-nun üzvləri topladıqları bonuslar hesabına daha az komissiya məbləği ödəyəcəklər. Toplanan bonuslar komissiya haqqını tam ödəməyə kifayət edərsə, o halda müştəri komissiya haqqı ödəməkdən azad olur.

Kampaniya çərçivəsində 15.000 AZN-dək kredit almaq olar.

Bank of Baku”-dan nağd kredit rəsmiləşdirmək üçün cəmi iki sənəd tələb edilir: şəxsiyyət vəsiqəsi və iş yerindən arayış ( və ya rəsmi gəlirləri təsdiq edən digər sənədlər).

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.