2 C
Baku
Saturday, December 14, 2024

WeWork Co-working şəbəkəsinin rəhbəri, daşınmaz əmlak alaraq onu öz “startup”ına kirayəyə verib

Co-working  – günlük, həftəlik, aylıq və bir neçə aylıq müddətində icarəyə verilə biləcək iş yeridir. Bu məkanlarda işlə yanaşı əyləncəli vaxt keçirmək də mümkündür.

Amerikanın WeWork Co-working şəbəkəsinin baş icraçı direktoru Adam Neumann, başçılıq etdiyi şirkətə daşınmaz əmlak kirayəyə vermişdir. Banker.az bildirir ki, bu haqda Wall Street Jurnal (WSJ) yazır.

Nəşrin verdiyi məlumata görə, bu yol ilə Neuman milyonlar qazana bilib. Layihə sərmayəçiləri belə bir sxemi potensial problem kimi qiymətləndirirlər. Belə ki, bu halda, WeWork şirkətinin baş direktoru şirkət üçün nəzərdə tutulmuş icarə şərtlərindən faydalanmış olur.

WeWork nümayəndəsi bildirib ki, sazişlər direktorlar şurası və müstəqil direktorlar tərəfindən nəzərdən keçirilir, onların detalları isə sərmayəçilərə açıqlanır. Neuman özü bu barədə şərh verməkdən imtina edib.

Son dəfə WeWork-un kapitallaşması 47 milyard dollar dəyərində qiymətləndirilib. Şirkət həmçinin obyektlərin kirayəyə verilməsi ilə də məşğul olur: WeWork mülk sahibləri ilə uzunmüddətli müqavilələr bağlayır və sonra bu mülkləri başqa şirkətlərə kirayəyə verir.

2014 investisiya raundunda Neuman B sinfi səhmlərini almışdır, hansılar ki ona şirkət üzərində nəzarəti ələ keçirməsinə imkan yaratdı. WeWork-a görə, o, səslərin təxminən 65%-a malikdir.

O vaxtdan bəri Neumann bir çox binalar və müəssisə alaraq, onların bir hissəsini isə  WeWork-a icarəyə verirdi. 2017-ci ildə şirkət rəsmi məlumatları açıqlayıb: WeWork işçilərinin bir hissəsi olan obyektlərin icarəyə verilməsi üçün təxminən 12 milyon dollar ödəyib. Bütün icarə müqavilələrinin bitməsinə qədər ödənişlər 100 milyon dollardan çox olmalıdır, digər məlumatlar açıqlanmır, WSJ yazır.

Delaware Dövlət Universitetinin idarə heyətinin əməkdaşı olan Charles Elson, vəziyyətin mübahisəli olduğunu vurğulayıb. “İnsanlar razılaşmanın o biri tərəfində olduqda, daha çox öz faydaları barədə düşünməyə meyllidirlər”. Qeyd edək ki, hazırda WeWork, adını dəyişərək We Company-ə çevrilmişdir. Şəbəkə birjaya çıxacağı tarixi hələ də açıqlamayıb.

 

Son xəbərlər
Digər xəbərlər