6 C
Baku
Sunday, December 15, 2024

B. Britaniya “Brexit”ədək yeni ticarət müqavilələri bağlaya bilməyəcək

Böyük Britaniya hökumətinin “Brexit” prosesi tamamlananadək Avropa İttifaqı çərçivəsində 40 sazişi əvəz etməli olan yeni ticarət müqavilələri bağlamağa vaxtı olmayacaq. Banker.az bildirir ki, bu barədə yerli mətbuat olan “Financial Times” nəşriqeyd edir.

Londonun Aİ-dən sazişsiz çıxacağı halda, İttifaqla razılaşmaların çoxu qüvvədən düşəcək. Böyük Britaniya 2019-cu ilin mart ayına qədər yeni müqavilələr bağlaya bilməyəcək.

Britaniyalı səlahiyyətlilərin sözlərinə görə, yeni sazişlərdən, demək olar, heç biri hazır deyil və mart ayına qədər çətin ki, onları imzalamaq mümkün olsun.

Daha əvvəl Avropa Komissiyasının “Brexit” üzrə saziş layihəsini yenidən nəzərdən keçirməkdən imtina etdiyi bildirilib.

Son xəbərlər
Digər xəbərlər