24 C
Baku
Monday, April 29, 2024

Mühasib – Performance Center Co

Performance Center Co” MMC (Chevrolet Azərbaycan)  “Mühasib”   vakansiyası.

Vəzifə təlimatları:

– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
– Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatının aparılması;
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq dövlət orqanlarına göndərilməsi;
– Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
– Aylıq əmək haqqı cədvəllərinin hesablanması və hazırlanması, işçilərin əmək haqlarının və digər ödənişlərinin aparılması;
– Kredit və lizinq əməliyyatlarının aparılması. Annuitet və azalan balans metodu.

Vəzifə ilə bağlı tələblər:

– Ali iqtisadi təhsil;
– Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
– Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
– MS Office proqramlarını bilməli  (mükəmməl Excel bilikləri) ;
– 1C proqramları ilə işləmək bacarığı;
– Müvafiq sahədə 2-3 ildən çox iş təcrübəsi; (Avtomobil sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək)
– Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük veriləcək
– Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı;

Əlavə məlumat:

– İş günləri: həftədə 6 gün
– İş saatı: 09:00-18:00
– Əmək haqqı: 500-800 ₼
– AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə.

Yuxarıda qeyd edilən vəzifədə işləmək istəyən namizədlər, öz tərcümeyi-halını (CV)   [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilər.
Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər