20 C
Baku
Wednesday, October 9, 2024

Rabitəbank 25-ci ilini mənfəətlə tamamladı

Rabitəbank 25-ci ilini mənfəətlə tamamladı.

Ölkənin qabaqcıl banklarından olan Rabitəbank, yaradılışının 25-ci il fəaliyyətini mənfəət və bütün sahələrdə yüksək göstəricilərlə tamamladı. Bunlarla bankın rəhbərliyi ilin yekunlarına həsr olunan“2018 yekunları və 2019 çağırışları” adlı ənənəvi konfransda acıqladı.

Banker.az banka istinadən məlumat verir ki, konfrans, bankın əsas səhmdarları, Müşahidə Şurası, İdarə Heyəti, Baş Ofis və bankın 25 şöbə və filiallarında çalışan struktur rəhbərlərin iştirakı ilə keçirilmişdi.

WhatsApp Image 2019 01 21 at 16.01.31 2Bankın rəhbərliyi əməkdaşlarla 2018-ci ilin nəticələri ilə bölüşmüş və 2019-cu ilə dair tövsiyyə və gözləntilərini səsləndirmişdi. Əlavə olaraq tədbirdə 2018-ci ildə müxtəlif sahələrdə fərqlənən bankın əməkdaşları kuboklarla təltif edilmişdi.

WhatsApp Image 2019 01 21 at 16.01.31Tədbirdə səsləndirilən hesabata əsasən bank 2018-ci ili 3,1 mln manat mənfəət və 772 mln manat aktiv həcmləri ilə tamamlamışdır. Bankın kredit portfeli 2018-ci il ərzində 37% artaraq 324 mln. manat,  məcmu kapitalı isə 12% artaraq, 102 mln manat təşkil etmişdir. 2018-ci il ərzində bankın cəmi gəlirləri əvvəlki ilə nəzərən müqayisədə 15% artaraq 47 mln manat, xərcləri isə 44 mln manat təşkil etmişdir.

WhatsApp Image 2019 01 21 at 16.01.31 1Həmçinin, 2018-ci ildə əvvəlki il ilə müqayisədə verilmiş biznes kreditlərin həcmi 23%,  istehlak kreditlərin 163%, ipoteka kreditlərin isə 170% artmışdı. 2018-ci ildə sürətli pul köcürmələri 34%, plastik kartların sayı cəmi 15%, onların içində əmək haqqı kartlarının sayı isə 21% artmışdı.

Rəqamsal xidmətlər sahəsində bank ciddi irəliləyişlər nümayiş etmişdi. Bankın internet banking xidmətinin istifadəçiləri olan hüquqi şəxslərin sayı 1200-ü keçmişdir. Rabitəbank 2018-ci ildə, ölkədə ilk dəfə bank  əməliyyatlarının həyata keçirildiyi TelegramFacebook Messenger üzərindən chatbot-u istifadəyə vermiş və bot vəsitəsilə pul köçürmələri xidmətini müştərilərə təqdim etmişdi

WhatsApp Image 2019 01 21 at 15.50.432018-ci ildə, bankın xidmət şəbəkəsinin sayında da artım müşahidə olunmuşdur. Belə ki, bankın, Xocalı pr. 37, Dəmirçi plaza ünvanında, yeni Xətai şöbəsi müştərilərin istifadəsinə verilmişdir. Digər  4 filialı ünvanını dəyişərək, əsaslı təmir olunmuş geniş ofislərə köçürülmüşdür. Həmçinin paytaxtda daha 4 ATM istifadəyə verilərək, sayı 65-ə çatdırılmışdır.

WhatsApp Image 2019 01 21 at 15.43.332019-cu ildədə qarşıya yeni hədəflər qoyan Rabitəbank,  yeni məhsul və xidmətlərlə, müştərilərini sevindirməyə və yüksək xidmət göstərməyə davam edəcəkdir.

 

Son xəbərlər
Digər xəbərlər