Maliyyə Bazarlarına Nəzarət Palatası (MNBP) Hüquq təminat idarəsinin rəisi təyin olunub.
Banker.az-ın məlumatına görə, bu vəzifəyə indiyə qədər adıçəkilən idarənin əməkdaşı kimi çalışan Tural Feyzullayev təyin edilib.
Qeyd edək ki, Feyzullayev bu vəzifəsinin icrasına yanvar ayından başlayıb. MBNP-nin sıralarına isə 2016-cı ilin aprelində, yəni, Palatanın strukturu yeni formalaşan ərəfədə qatılıb.
O bundan öncə Azərbaycan Mərkəzi Bankı, Azərsun Holdinq və Avropa Oyunlarında çalışıb.