“Gazprom” şirkəti Azərbaycanda öz nümayəndəliyini açdı

Rusiyanın “Gazprom” İctimai Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasında nümayəndəliyi dövlət qeydiyyatına alınıb.

Banker.az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, ötən ilin dekabrın 18-də dövlət qeydiyyatına alınan nümayəndəliyin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Rəsul Rza ev.75-də yerləşir.

Nümayəndəliyin qanuni təmsilçisi Rusiya Federasiyası vətəndaşı Maksut Anderjanovdur.

Son xəbərlər
Digər xəbərlər