11 C
Baku
Monday, November 25, 2024

Bakıda bütün ticarət köşkləri bağlanır

Metronun heç bir stansiyasında ticarət olmayacaq.  Elə bu sözləri eşitcək demək olar ki, bir çoxları sevindi. Çünki bildiyiniz kimi,  Bakı Metropoliteni  QSC-nin əsas vəzifəsi sərnişindaşıma, sərnişinlərin təhlükəsizliyini, eləcə də onların  rahatlığını təmin etməkdir. Lakin son zamanlar “Bakı Metropoliteni” QSC-nin metro stansiyalarında ticarət köşklərinin həddindən artıq artması nəticəsində səliqəsizlik və natəmizlik yaranmışdı. 

Ancaq daha sonra bu məsələ barədə daha dərindən fikirləşdik. Doğurdanmı metro stansiyalarında ticarət köşklərinin sökülməsi yalnız bizlərə rahatlıq gətirəcək? Axı belə ticarət köşklərinin bağlanması ilk öncə işsizliyi daha da kritik həddə çatdıra bilər. Nəzərə alsaq ki, metro stansiyalarındakı ticarət köşklərinin harasa köçürülməsi belə nəzərdə tutulmayıb, belə bir vəziyyətin daha ağır olmasından xəbər verir. Ticarət köşklərinin sahiblərinə əvvəldən  heç xəbər də verilməyib. Bu azmış kimi  həmin ticarətçilərin fəaliyyəti  ayın ortasında birdən-birə saxlanılıb. Və onların heç bir müqaviləsi olmadığına görə  hətta heç bir kompensasiyadan söz gedə bilməz.

Qeyd edək ki, Bakı Metropoliteninin stansiyalarında fəaliyyət göstərən ticarət köşklərinin sahiblərinə ərazini boşaltmaq üçün martın 27-dək vaxt verilib. Bu qərar köşklərdə çalışanların etirazına səbəb olsa da, metropoliten rəhbərliyi qərarını dəyişməyib.

Qeyd olunur ki, artıq uzun illərdir ki, Bakı Metropoliteninin stansiyalarında ticarət köşkləri fəaliyyət göstərir. Və orada çalışan işçilər hər ay kifayət qədər vəsait həmin köşklərin kirayəsi üçün  verirdilər.  Bəs keçidlərdəki köşklərdən  yığılan böyük məbləğlərdə kirayə haqları indiyədək  hara gedirdi?

 Əlbəttə ki, bu tam başqa bir mövzudur. Bizi isə narahat edən həmin ticarət köşklərində çalışan yüzlərlə azərbaycanlının işsiz qalmasıdır. Axı onlar da ailə sahibidirlər, uşaqlarını oxutdururlar, banklara hər ay kifayət qədər ciddi bir məbləğdə kredit pulu ödəyirlər. Belə bir vəziyyətin sonu haqda düşünmək belə çətindir. Axı həmin köşk sahiblərinin çoxu ticarətlə məşğul olmağa başlamaq üçün banklardan kifayət qədər ciddi məbləğlərdə kredit götürüblər. Bəs indi banklara faizləri kim ödəyəcək?

Nəzərinizə çatdırırıq ki, metropolitendə ticarət obyektləri hələ 90-cı illərin əvvəllərindən fəaliyyət göstərir.  Bakı metropolitenin 23 stansyiası var və bir iki stansyia istisna olmaqla qalan bütün stansiyalarda  azı 40-50 ticarət obyekt fəaliyyət göstərir. Yəni, bu rəqəmlərə nəzər yetirsəz yəqin ki, siz də təxminən nə qədər insanın acınacaqlı vəziyyətə düşdüyünü başa düşdüz.

Son xəbərlər
Digər xəbərlər