SOCAR 2018-ci ildə büdcə ödənişlərini 6,2%, artırıb
SOCAR 2018-ci il ərzində dövlət büdcəsinə 1 milyard 604 milyon 514 min manat vəsait ödəmişdir.
Banker.az Şirkətə istinadla məlumat verir ki, Şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən 93 milyon 481 min manat, yəni 6,2% artmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev şirkətin gəlirliliyinin artması ilə bağlı demişdir: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarını rəhbər tutuaraq, SOCAR inteqrasiya olunmuş müasir qlobal enerji şirkətinə çevrilməsi və əməliyyat effektivliyinin artırılması istiqamətində son 10 ildə bir çox zəruri islahatlar həyata keçirmiş, o cümlədən göstərdiyi xidmət və istehsal etdiyi əmtəə növlərini bütün dəyər zənciri üzrə şaxələndirməyə başlamışdır. Məhz vaxtında görülmüş səmərəliləşdirici tədbirlərin nəticəsidir ki, bazardakı qiymət dalğalanmalarına baxmayaraq, SOCAR-ın gəlirləri və büdcə ödənişləri artan xətt üzrə inkişaf edir. Bu gün Azərbaycanın qlobal brendi SOCAR artıq gəlirlərinin böyük hissəsini xarici ölkələrdə həyata keçirdiyi əməliyyatlardan əldə edir, həmin gəlirləri ölkəmizin rifahı naminə təkrar sərmayə qoyur, dövlət büdcəsinə ödənişlərini ilbəil artırır”.







