“Rabitəbank” ASC-də departamentlərində biri “Mikro Kreditlər Departamenti” ləğv edilərək yerinə “Mikro və Riteyl Kreditləri Departamenti” yaradılıb. Bu departamentin direktoru isə ötən həftə xəbər verdiyimiz kimi Fəxri Bağıyev təyin olunub.
Banker.az-ın məlumatına görə, digər yeni yaradılan vəzifə isə Satış Direktorudur. Bu vəzifəyə hazırda Sirac Heydərov təyin edilib.
Bununla da Bankda departamentlərin sayı 18-dir.