15 C
Baku
Tuesday, April 30, 2024

WhatsApp-da silinmiş mesajları oxumağın yolu tapılıb

WhatsApp-da silinmiş mesajları oxumağın yolu tapılıb. Tətbiqin xüsusi xüsusiyyətləri, silinmiş mesajlar ilə birlikdə bütün yazışmalarınızı bərpa etməyə imkan verir.

Bu mexanizm, hər kəsə tanış olan mesajın “backup” edilməsi funksiyası sayəsində işləyir. Bu haqda İngiltərənin Mirror qəzeti xəbər verir.

Yazışmaların bərpa edilməsi prosesi çox sadədir: WhatsApp tətbiqini  smartfondan silərək yenidən quraşdırmaq lazımdır. “Chat” arxivi silinmiş mesajlarla birlikdə bərpa olunacaq. Doğrudur, burada bir neçə nüans var: tətbiqdə “backup” funksiyası aktiv olmalıdır, əlavə olaraq, mesajlar yalnız surət yenilənmədiyi halda bərpa olunacaq. Adətən yeniləmə gündə bir dəfə baş verir.

Qeyd edildiyi kimi WhatsApp, istifadəçilərə göndərdirilmiş mesajı bir saat ərzində silməyə imkan verir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər