2 C
Baku
Saturday, December 14, 2024

“AzeriCard”ın risklərini 3 şirkət sığortalayıb

“AzeriCard” MMC-nin risklərini hazırda 3 şirkət sığortalayıb. Onlardan ikisi yerli sığorta şirkətidir. Qaydalara görə isə onlar da öz risklərini təkrarsığorta şirkətində sığortalamalıdır. Bu səbəbdən də İngiltərədə yerləşən sığorta şirkəti də onların risklərini təkrar sığortalayıb.

Bunu jurnalistlərə “AzeriCard” MMC-nin baş direktor müavini Zakir Əhmədov deyib. Z.Əhmədov riskləri sığortalayan şirkətlərin adını da açıqlayıb: “Biz istəmərik ki, bu, sıradan bir sığorta şirkəti olsun. Hazırda “Paşa Sığorta” və “Atəşgah” sığorta şirkətləri bizim riskləri sığortalayıb”.

“AzeriCard” rəsmisi sığorta məbləğini açıqlamayıb: “Azəricard”ın itirə biləcəyi hər hansı məbləğdən yüz dəfələrlə çox risk sığortalanıb”.

©Report

Son xəbərlər
Digər xəbərlər