Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin seçimi 25.01.2019-cu il tarixində uğurla başa çatdırılmışdır.
Banker.az xəbər verir ki, bu barədə Mənzil İnşaat Dövlət Agentliyi məlumat verib.
MİDA-nın mənzillərinin ən çoxu, yəni, 57-si ən azı 3 il hərbi xidmətdə olan və istefaya buraxılmış hərbi qulluqçular olub. Digərində 30 ədəd olmaqla isə ən azı 3 il dövlət qulluğunda çalışmış şəxlərə aid edilir. Üçüncü, ən çox mənzil alan daxili işlər nazirliyində çalışan və xüsusi rütbəsi olanlardır. Bu şəxslər 21-i bu mənzillərdən əldə edə bilib. Digəri isə məcburi köçkün və ona aid edilən şəxlərdir – 20 ədəd.
Alınan evlərin 16-sı öz vəsaiti, 158-i isə ipoteka kreditləri hesabına gerçəkləşib.
“Güzəştli mənzil” sistemi vasitəsilə mənzil seçimi etmiş vətəndaşlara dair statistik məlumatları diqqətinizə təqdim edirik:
Yasamal Yaşayış Kompleksində satışa çıxarılmış 1, 2, 3, 4, 5, 6 və 7 saylı binalarda seçilmiş mənzillərlə bağlı statistik məlumatı diqqətinizə təqdim edirik.