2 C
Baku
Saturday, December 14, 2024

Şəhid ailəsi üçün Prezidentin təqaüdü artırılıb

Prezident İlham Əliyev şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında fərman imzalayıb.

Banker.az Prezidentin rəsmi səhifəsinə istinadən xəbər verir ki, fərman şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə imzalanıb.

Fərmana əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xatırladaq ki, bu məbləğ əvvəl 242 manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər