Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərinə görə reytinqində TOP 10-luğa yeni adlar daxil olub.
Banker.az xəbər verir ki, ilk dörd sırada dəyişiklik yoxur.
“ATA Bank” 2017-ci ildəki TOP 10-luqda qərarlaşsa da, bu il onluğu tərk edib (2018-ci il, 11-ci pillə). TOP 10-luğa daxil olan bank isə, “Premium Bank”dır (əvvəlki Bank Silk Vey). Belə ki, bu il bank aktivlərini 26%-ə yaxın böyütməklə ölkə üzrə ən böyük aktivlərinə görə sıralamada 10-cu yerdə qərarlaşıb. Bildirək ki, 2017-ci ilin sonunda “Premium Bank” bu göstəricilər üzrə 11-ci sıralamada idi.
Digər mühüm dəyişiklər:
- ASB 5-dən 7-yə düşüb – burada, o “Bank Respublika” ilə yerlərini dəyişib.
- Rabitəbank 1 pillə düşərək 8-ci pillədə qərarlaşıb.
- Unibank irəliləyərək 9-a keçib – ötən il 10-cu pillədə idi
- Accessbank 6-cı sıradakı yerini qoruyub