ABŞ Prezidenti Donald Tramp dövlət başçısı postunda çox qazanmağın mümkün olmadığını bildirib.
Banker.az məlumat verir ki, Prezident bu vəzifəni icra etdiyi dövrdə yalnız pul itirdiyini söyləyib: “Bu işi görərkən xeyli pul itirmişəm. Bu, pul ilə bağlı iş deyil”.
O həmçinin prezidentliyi dövründə olan maliyyə itkilərini “inanılmaz rəqəmlər” kimi ifadə edib, ancaq nə qədər itirdiyini və itkilərin hansı səbəbdən olduğunu dəqiqləşdirməyib.
©report.az